Tbilisiyə giriş yolunun 15-ci kilometrliyində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu

10:31, 12.03.2022

Tbilisiyə giriş yolunun 15-ci kilometrliyində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu.

Məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayır.

“Güclü küləklə əlaqədar beynəlxalq əhəmiyyətli Tbilisiyə giriş yolunun 15-ci kilometrliyində yalnız yüksək keçidli avtomobillərinin (iki və daha çox aparıcı körpüləri olan) hərəkətinə icazə verilir, digər növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Yolun qalan hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, – məlumatda deyilir.

Oxşar