Tbilisinin Tevdore Mğvdeli küçəsindəki yaşayış binasında yanğın baş verib

19:25, 08.03.2022

Tbilisinin Tevdore Mğvdeli küçəsindəki yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Xidmətindən Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, hazırda yanğın söndürülüb. Onların sözlərinə görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Eyni zamanda, yerli sakinlərin verdiyi məlumata görə, xilasedicilər yaşlı qadını yaşayış binasından xəsarətsiz çıxara biliblər.

Oxşar