Tbilisinin televiziya qülləsi zümrüd rəngində işıqlandırılıb, bu da uşaqlıq boynu xərçəngi haqda beynəlxalq maarifləndirmə ayı ilə bağlıdır. Məlumatı Tbilisi Meriyası yayır.
“Sözügedən fəaliyyət bir daha vətəndaşlara insanların həyatını qoruyan vaxtında müraciətin nə qədər mühüm olduğunu xatırladacaq. Cari ayda dünyada müxtəlif tədbirlər müvafiq rəmzlərin müşayiəti ilə keçirilir, bu da xərçəng haqda maarifləndirmə və ölümlə nəticələnən halların qarşısının alınması məqsədinə xidmət edir.
Milli Skrininq Mərkəzinin direktoru Eter Kiğuradze bildirib ki, hər il yanvar ayında Tbilisinin televiziya qülləsinin zümrüd rəngində işıqlandırılması artıq ənənə halını alıb.
“Bir daha qadınları uşaqlıq boynu xərçənginin skrininqindən keçməyə çağırırıq, biz isə onları təkmilləşdirilmiş xidmətlərlə gözləyirik. Qeyd edilməlidir ki, uşaqlıq boynu xərçənginin skrininq modeli dəyişib və PAP testindən HPV testinə keçib. Bu üsul bizə daha çox qadının həyatını xilas etməyə imkan verəcək” – Eter Kiğuradze bildirib.
Tbilisinin televiziya qülləsi Milli Skrininq Mərkəzinin təşəbbüsü və MMC “Tbilservice Group”un dəstəyi ilə uşaqlıq boynu xərçəngi rəngində işıqlandırılıb.
Qeyd edilməlidir ki, yaşı 25-60 olan qadınlar dövlət tərəfindən maliyyələşdirilən uşaqlıq boynu müayinəsindən pulsuz keçə bilərlər” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.