Tbilisinin Şəhər Məhkəməsi Qiorqi Çikvaidzenin barəsində seçilən girov qətimkan tədbirini həbslə əvəz edib
Tbilisinin Şəhər Məhkəməsi külli miqdarda vəsaitin mənimsənilməsi faktı üzrə Qiorqi Çikvaidzenin barəsində seçilən girov qətimkan tədbirini həbslə əvəz edib, İrakli Papiaşvili barəsində isə qətimkan tədbiri dəyişməyib.
Prokuror vəsatətlə hakimə müraciət edib və qeyd edib ki, təqsirləndirilən şəxslər bir neçə dəfə məhkəmə prosesində iştirak etməyiblər, eləcə də gizlənmə təhlükəsi var idi, bu səbəbdən ittiham tərəfi həbs qətimkan tədbiri tələb edib.
Proses son mərhələdədir və yalnız təqsirləndirilən şəxslərin ifadələri tədqiq edilməlidir.