Tbilisinin Şəhər Məhkəməsi polisə itaətsizliyə görə saxlanılmış Qiorqi Çutkeraşviliyə 2000 lari cərimə kəsib
Tbilisinin Şəhər Məhkəməsi polisə itaətsizliyə görə saxlanılmış Qiorqi Çutkeraşviliyə 2000 lari cərimə kəsib

 
Tbilisinin Şəhər Məhkəməsi polisə itaətsizliyə görə saxlanılmış Qiorqi Çutkeraşviliyə 2000 lari cərimə kəsib.

Çutkeraşvilinin məhkəmə iclasında dediyi kimi, xüsusi təyinatlı dəstə onu dekabrın 2-də Rustaveli prospektində etirazını dinc formada ifadə edərkən saxlayıb. Çutkeraşvili qeyd edib ki, xüsusi təyinatlılar onu döyüblər.

“Saxlanıldıqdan sonra məni cəza marşutkasına apardılar, orada yarım saat ərzində 20-yə yaxın insan mənə qarşı fiziki zorakılıq törədirdi. Bundan sonra məni bu gün şahid olan polislər apardılar. Əslində, məni onlar saxlamayıblar, məni onlara təhvil verdilər. Xüsusi təyinatlılar məni saxladılar. Xüsusi təyinatlılar məni döyülmüş, paltarım soyunulmuş vəziyyətdə başqa polislərə təhvil verdilər. Ayaqqabılarımı və pencəyimi çıxardılar, bel çantamı əlimdən aldılar. Onlar məni artıq şöbəyə apardılar, orada protokol tərtib etdilər. Mən imzalamadım, cəfəngiyyat idi. Məni marşutkaya aparmazdan əvvəl, yolda ayaqqabılardan birini soyundurmağa çalışırdı. Məni marşutkaya atmazdan əvvəl necə yaxşı pencək olduğunu söylədilər və soyundurdular. Məni içəridə döydülər və ikinci ayaqqabını artıq içəridə, cəza marşutkasında soyundurdular. Orada da məni amansızlıqla döydülər. Ayaqyalın, pencəksiz məni şöbəyə apardılar. Bu döyülmə nəticəsində gözümdə görmə 20 faizdir, bu da tibbi sənədlərlə təsdiqlənir. Başıma vururdular. Başım sınmışdı, beyin silkələnməsi yaşamışdım. Təpiklə, baş və əllə kürəyimə vururdular” – Çutkeraşvili bildirib.

DİN-nin nümayəndəsi Qiorqi Çutkeraşvilini iki maddə üzrə ittiham edirdi. Hakim xırda xuliqanlıqda onun təqsirli olduğunu təsdiqləmədi, lakin polisə itaətsizlik hissəsində onu inzibati xəta törətmiş şəxs kimi tanıdı.

Hakim Lela Mildenberqer hesab edib ki, Daxili İşlər Nazirliyinin ərazinin tərk edilməsi ilə bağlı səsli mesajı aksiya iştirakçısının Rustavelini tərk etməsi üçün əsas olmalı idi.