Tbilisinin Şəhər Məhkəməsi Kesaria Abramidzenin qətli işi üzrə təqsirləndirilən Beka Caianini həbsdə saxlayıb
Tbilisinin Şəhər Məhkəməsi Kesaria Abramidzenin qətli işi üzrə təqsirləndirilən Beka Caianini həbsdə saxlayıb

 

Tbilisinin Şəhər Məhkəməsi Kesaria Abramidzenin qətli işi üzrə təqsirləndirilən Beka Caianini həbsdə saxlayıb.

Bu gün məlum olub ki, prokurorluq Caianinin ittihamını dəqiqləşdirib və onun barəsində 126-cı maddə ilə ittiham irəli sürülüb, bu da gender və gender kimliyi zəminində fiziki zorakılığı nəzərdə tutur.

İclasda qətldə ittiham olunan Beka Caiani iştirak edirdi. Caiani iclasda çıxış etmək hüququndan istifadə edərək qeyd edib ki, təqdim olunan ittihamlar üzrə özünü qismən günahkar bilir. Söhbət qətl hissəsindən gedir. Kesaria Abramidzenin gender baxımından sistematik döyülməsi epizodundan danışılan hissədə isə Caiani özünü günahkar bilmir.

“Mən özümü günahkar bilirəm, amma qismən. Gender zəminində döyülmə hissəsi ilə razı deyiləm. Bu mənim mövqeyimdir. Mən insan öldürdüyümə görə özümü günahkar bilirəm” – Beka Caiani məhkəmədə qeyd edib.

Bugünkü prosesdə hakim Ketevan Cacvadze sübutlarla bağlı ittiham tərəfinin vəsatətini təmin edib və prokurorluq tərəfindən təqdim edilmiş bütün dəlilləri tam məqbul hesab edib.

Caianinin vəkili Salome Ardotel məhkəmə prosesində həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb etməyib. O, yalnız Beka Caianinin Kesaria Abramidzeyə gender zəminində sistematik zorakılıq etməsi ittihamı üzrə cinayət təqibinə xitam verilməsini istəyib.

Polis Kesaria Abramidzenin qətli faktı üzrə 26 yaşlı Bekanı saxlayıb. İş üzrə Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t” və “m” bəndləri ilə istintaq aparılır, bu da gender zəminində xüsusi amansızlıqla ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur. Həmçinin, Caiani barəsində gender və gender kimliyi zəminində fiziki zorakılığı nəzərdə tutan 126-cı maddə ilə törədilmiş cinayət üzrə də ittiham təqdim olunub. Beka Caianini 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə gözləyir.