Tbilisinin Şəhər Məhkəməsi etiraz aksiyaları zamanı qrup halında zorakılıq ittihamı ilə saxlanılmış 8 nəfəri həbsdə qoyub
Tbilisinin Şəhər Məhkəməsi etiraz aksiyaları zamanı qrup halında zorakılıq ittihamı ilə saxlanılmış 8 nəfəri həbsdə qoyub

 
Tbilisinin Şəhər Məhkəməsi etiraz aksiyaları zamanı saxlanılmış Zviad Tsetsxladze və daha 7 nəfəri həbsdə qoyub.

İclasda tərəflər qətimkan tədbirinin dəyişdirilməsini müzakirə ediblər. Hakim prokurorluğun vəsatətini təmin edib. İttiham tərəfi təqsirləndirilən şəxslərin yenidən həbsdə saxlanılmasını tələb edirdi.

Prokurorun izahatına əsasən, saxlanılan şəxslərin gizlənmək və yeni cinayət törətmək təhlükəsi hələ də var.

Müdafiə tərəfinin bir hissəsi qətimkan tədbiri qismində daha az sərt tədbirin seçilməsi vəsatəti ilə çıxış edirdi. Vəkillər məhkəməyə girov və elektron monitorinq qolbağından istifadə edilməsini təklif edirdilər.

İstintaq iş üzrə təqsirləndirilən 8 nəfəri qrup halında zorakılıqda iştirak etməkdə ittiham edir. Konkret olaraq, saxlanılmış şəxslərdən üçü Zviad Tsetsxladze, Vepxia Kasradze və Vasil Kadzelaşvili qrup halında zorakılığın təşkil edilməsində və ona rəhbərlik etməkdə ittiham olunur, təqsirləndirilən şəxslərdən beşi isə – Qiorqi Qorqadze, İrakli Miminoşvili, İnsaf Əliyev, Tornike Qoşadze və Nikoloz Cavaxişvili qrup halında zorakılıqda iştirak etməkdə ittiham olunur.

Saxlanılan şəxslər onlara qarşı irəli sürülmüş ittihamı qəbul etmirlər.