Tbilisinin Nəqliyyat Şirkəti metronun 1-ci xəttində hərəkətin gecikməsi haqda rəsmi bəyanat yayır
Tbilisinin Nəqliyyat Şirkəti metronun 1-ci xəttində hərəkətin gecikməsi haqda rəsmi bəyanat yayır

 

Tbilisinin Nəqliyyat Şirkəti metronun 1-ci xəttində hərəkətin gecikməsi haqda rəsmi bəyanat yayır.

Onların məlumatına əsasən, gecikməyə səbəb metronun “Samgori” stansiyasında sərnişinin gözlənilmədən ölümü olub.

Tbilisinin Nəqliyyat Şirkətindən bildirirlər ki, müvafiq qurum istintaq prosesini bitirdikdən sonra birinci xəttdə hərəkət tam bərpa olunacaq.

“Tbilisi metrosunun birinci xəttində qatarların hərəkəti qismən gecikib. Metronun “Samgori” stansiyasında sərnişinin gözlənilmədən ölümü gecikməyə səbəb olub. Hadisə yerində istintaq prosedurları aparılır, bu səbəbdən metronun “Samgori”, “İsani” və “Varketili” stansiyaları sərnişin qəbuluna bağlanıb. Qatarlar sərnişinlərə metronun “Akhmeteli Teatri” stansiyasından “300 Aragveli” stansiyasına qədər və əks istiqamətdə xidmət göstərirlər. Müvafiq qurum istintaq prosesini bitirdikdən sonra birinci xəttdə hərəkət bərpa olunacaq” – bəyanatda qeyd olunub.