Tbilisinin Nəqliyyat Şirkəti – “Azadlıq Meydanı” metro stansiyasının fəaliyyəti bərpa olundu
“Azadlıq Meydanı” metro stansiyasının fəaliyyəti bərpa olundu – bu barədə məlumatı Tbilisinin Nəqliyyat Şirkəti yayır.
Onların məlumatına əsasən, “Azadlıq Meydanı” metro stansiyasının eskalatorundakı nasazlıq aradan qaldırılıb və stansiya sərnişinlərə xidməti bərpa edib.
“Qeyd olunan dövrdə Tbilisi Metropoliteninin digər stansiyaları adi rejimdə fəaliyyət göstərirdi.
Tbilisinin Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir və anlayışınız üçün təşəkkür edir” – nəqliyyat şirkətinin məlumatında deyilir.