Tbilisinin Nəqliyyat Şirkəti – “Azadlıq Meydanı” metro stansiyası müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilmir
“Azadlıq Meydanı” metro stansiyası müvəqqəti olaraq sərnişinlərə xidmət göstərə bilmir – bu barədə Tbilisinin Nəqliyyat Şirkətinin bəyanatında qeyd olunub.
Onların izahatına əsasən, “Azadlıq Meydanı” metro stansiyası eskalatorda yaranmış texniki nasazlıq səbəbindən qısa müddətliyinə sərnişin qəbulunu dayandırır.
“Nasazlığın aradan qaldırılması məqsədilə aidiyyəti texniki xidmət ərazidə işləyir. İşlər yekunlaşan kimi stansiya adi rejimdə xidmət göstərməyə davam edəcək.
Tbilisinin Nəqliyyat Şirkəti yaranan narahatlığa görə üzr istəyir!” – bəyanatda deyilir.