Tbilisinin Meriyasında bəyan edirlər ki, qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialı ilə əlaqədar audit nəticəsində suallar yaranıb və materiallar prokurorluğa göndərilib
Tbilisinin Meriyasında bəyan edirlər ki, qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialı ilə əlaqədar audit nəticəsində suallar yaranıb və materiallar prokurorluğa göndərilib

 

Tbilisinin Meriyasında bəyan edirlər ki, qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialı ilə əlaqədar audit nəticəsində suallar yaranıb və materiallar sonrakı reaksiya məqsədilə, Gürcüstanın Prokurorluğuna göndərilib.

“Tbilisinin meri tərəfindən təsdiq edilmiş 2025-ci ilin planına əsasən, Daxili Audit və Monitorinq Şəhər Xidməti uyğunluq auditi çərçivəsində MMC “Tbilisi Nəqliyyat Şirkəti”nin balansında olan avtonəqliyyat vasitələri və xüsusi texnikaya (o cümlədən metro vaqonları) göstərilən qayğı-qulluğun 2023–2024-cü illəri əhatə edən daxili, eləcə də xarici xidmət xərclərini öyrənib.

Audit çərçivəsində MMC “Tbilisi Nəqliyyat Şirkəti” ilə SC “Qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialı” arasında metronun hərəkət edən tərkibinin 12 vaqonunun modernləşdirilməsi xidməti məqsədilə bağlanmış müqavilə araşdırılıb. Materialların öyrənilməsi zamanı cavablandırılmalı suallar ortaya çıxıb. Bu səbəbdən materiallar sonrakı reaksiya məqsədilə, Gürcüstanın Baş Prokurorluğuna göndərilib” – Tbilisinin Meriyasında bildirirlər.

Məlumat üçün bildirək ki, bu gün Gürcüstanın Prokurorluğu qatarların tərkib hissələrinin təmir zavodunun Tbilisi filialının məsul şəxsləri barəsində istintaqın aparıldığı barədə məlumat yayıb.