Tbilisinin Meriyası - Vətəndaşlardan ibarət qrup heyvan sığınacağına daxil olaraq xəstə itləri çıxardıb, təxribata radikal müxalifətin nümayəndəsi rəhbərlik edirdi
Tbilisinin Meriyası - Vətəndaşlardan ibarət qrup heyvan sığınacağına daxil olaraq xəstə itləri çıxardıb, təxribata radikal müxalifətin nümayəndəsi rəhbərlik edirdi

 

Tbilisinin Meriyası heyvan sığınacağı yaxınlığında aksiya ilə bağlı bəyanat yayır.

Bəyanatda deyildiyi kimi, vətəndaşlardan ibarət qrup binaya özbaşına daxil olaraq xəstə itləri, eləcə də quduzluq virusuna görə müşahidə altında olan heyvanları qəfəslərdən çıxardıb, bu da həm təhlükəsizlik normalarının, həm də qanunun kobud şəkildə pozulmasıdır.

“Paytaxtda, heyvan sığınacağı yaxınlığındakı cari aksiyaya münasibət bildirmək istərdik. Aksiya zamanı vətəndaşlardan ibarət qrup binaya özbaşına daxil olaraq sığınacağın baytar həkimlərinin fəaliyyətinə maneə olub. Aksiyanın iştirakçıları arasında təxribatın təşkil edilməsinə birbaşa rəhbərlik edən radikal müxalifətin nümayəndəsi olub. Həmçinin, vətəndaşların bir hissəsi qanun çərçivəsində onlara sığınacağın ərazisini göstərməyə və iş prosesi ilə tanış etməyə hazır olan administrasiya nümayəndələrinin göstərişlərinə itaət etməyib.

Bir sıra çağırışlara baxmayaraq, vətəndaşlardan ibarət aqressiv qrup sığınacağın xəstə və müşahidə altında olan itlərin saxlanıldığı, müvafiq olaraq sanitariya-gigiyena normalarından irəli gələrək, kənar şəxslərin girişinin qadağan edildiyi ərazisinə belə daxil olub. Üstəlik, onlar xəstə itləri, eləcə də quduzluq virusuna görə müşahidə altında olan heyvanları qəfəslərdən çıxardıblar, bu da həm təhlükəsizlik normalarının, həm də qanunun kobud şəkildə pozulmasıdır.

Tam məsuliyyətlə bəyan edirik ki, bələdiyyə heyvan sığınacağında müvafiq sanitariya normalarına əməl olunur, iş prosesi daxili qaydalara və qanuna tam əməl etməklə həyata keçirilir. Həmçinin, sığınacağın ərazisində aksiyanın iştirakçılarının axtardığı krematoriya yoxdur. Biz vətəndaşları və media vasitələrinin nümayəndələrini qanuna tabe olmağa çağırırıq, çünki inzibati binaya daxil olmaq qanun pozuntusudur və müvafiq cavab veriləcək.

Heyvanların Monitorinqi Agentliyi müvafiq normalara əməl etməklə, istənilən maraqlanan şəxsi sığınacağın ərazisini gəzdirməyə və iş prosesi ilə tanış etməyə hazırdır” – Tbilisinin Meriyasının bəyanatında deyilir.