Tbilisinin Meriyası – Qldani rayonunda idman meydançalarının bərpası aktiv şəkildə həyata keçirilir
Sağlam həyat tərzinin təşviq edilməsi məqsədilə Qldani Rayonu İcra Hakimiyyəti idman sahələrinin salınması-bərpasını davam etdirir. Bu barədə məlumatı Tbilisinin Meriyası yayır.
Paytaxt meriyasının məlumatına əsasən, hazırda iki yeni idman meydançası salınıb, doqquzu isə bərpa olunub. O cümlədən, Muxiani IVb mikrorayonunun 29 nömrəli binasının yaxınlığında yeni stadion salınıb və əvvəllər mövcud olan yararsız idman meydançası tamamilə sökülüb. Əraziyə yeni beton örtüyü döşənib, işıqlandırma şəbəkəsi quraşdırılıb, süni ot örtüyü döşənib, metal torlar və basketbol lövhəsi yerləşdirilib. Qeyd olunan meydançanın bərpası üçün 143 400 lariyə yaxın vəsait xərclənib.
İdman meydançalarının salınması və bərpasına yerli büdcədən təxminən 524 000 lari xərclənib.
Qldani Rayonunun icra başçısı Besik Kaladze şəhər şurasının majoritar deputatı Tsotne Çikvinidze ilə birlikdə tamamlanmış idman meydançası layihəsi ilə tanış olub və yerli əhali görüşüb.