Tbilisinin Meriyası - Kanalizasiya şəbəkəsində aparılacaq bərpa işlərinə görə, iki ünvanda gecə saatlarında hərəkət məhdudlaşdırılacaq
Kanalizasiya şəbəkəsində bərpa işlərinə görə, yanvarın 27-də saat 00:00-dan 05:00-dək iki ünvanda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq – bu haqda Tbilisinin Meriyası tərəfindən yayılmış bəyanatda qeyd olunub.
“Saburtalo rayonunda avtomobillərin hərəkəti Qiorqi Saakadze enişindən sağ sahilə doğru gedən yolda məhdudlaşdırılacaq; Didube rayonunda isə məhdudiyyət Davit Ağmaşenebeli prospekti N193-ə bitişik ərazidəki avtobus zolağında tətbiq olunacaq.
Qeyd olunan ünvanlarda kanalizasiya quyularının dəyişdirilməsi MMC “Tbilservice Group” tərəfindən təmin ediləcək. Tbilisinin Meriyası və “Tbilservice Group” yaranan narahatlığa görə sizdən üzr istəyirik” – Tbilisinin Meriyasının bəyanatında qeyd olunub.