Tbilisinin meri vəzifəsini tutmaq üçün doqquz namizəd mübarizə aparır
Oktyabrın 4-də yerli özünüidarəetmə seçkilərində Tbilisi merliyinə 9 namizəd qeydiyyatdan keçib.
Konkret olaraq, paytaxt meri vəzifəsini tutmaq üçün mübarizə aparırlar:
Temur Bokelavadze (seçki nömrəsi 1) – “Dil, Vətən, İnam” ;
Zurab Maxaradze (seçki nömrəsi 3) – “Mühafizəkarlar Gürcüstan Naminə”;
Kaxa Kukava (seçki nömrəsi 7) – “Azad Gürcüstan” ;
Otar Citanava (seçki nömrəsi 8) – “Vətənpərvərlər Alyansı” ;
İrakli Kupradze (seçki nömrəsi 9) – “Güclü Gürcüstan Naminə – Lelo”;
Qiorqi Liluaşvili (seçki nömrəsi 11) – “Gürcüstan” ;
Qiorqi Qaçeçiladze (seçki nömrəsi 12) – “Yaşıllar Partiyası”;
İaqo Xviçia (seçki nömrəsi 36) – “Qirçi”;
Kaxa Kaladze (seçki nömrəsi 41) – “Gürcü Arzusu” Demokratik Gürcüstan”.
Seçkilərdə qələbə qazanmaq üçün paytaxt merliyinə namizəd 50 faizlik seçki səddini keçməyə ehtiyac duyur. Digər halda, birinci və ikinci yerləri tutan namizədlər arasında ikinci tur keçirilməlidir.
Tbilisidə seçkilər üçün 1 043 482 seçici qeydiyyatdan keçib, 582 seçki məntəqəsi açılıb.