Tbilisinin meri ilə vətəndaşların həftəlik görüşləri yanvarın 14-dən bərpa olunacaq
Tbilisinin meri ilə vətəndaşların həftəlik görüşləri yanvarın 14-dən bərpa olunacaq

 

Vətəndaşlarla həftəlik, üzbəüz görüşlər dekabrın 25-dən yanvarın 13-nə qədər keçirilməyəcək – bu haqda paytaxtın meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında deyib.

Onun sözlərinə əsasən, 2026-cı ilin yanvarın 14-dən vətəndaşları yenidən adi rejimdə qəbul edə biləcək.

“Hər çərşənbə günü, saat 16:00-dan 18:00-dək vətəndaşların qəbulu keçirilir və onlarla üzbəüz görüşürük. Problemli məsələləri dinləyirik, qərarlar qəbul edirik. Qeyd olunan görüş bu gün də olacaq, lakin gələn həftədən, Yeni il bayramları dövründə artıq keçirilməyəcək, yanvarın 14-dən isə adi rejimdə davam edəcək” – Kaxa Kaladze bildirib.