Tbilisinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri İnterpol Milli Mərkəzi Bürolarının rəhbərlərinin illik konfransında iştirak edib
Tbilisinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri İnterpol Milli Mərkəzi Bürolarının rəhbərlərinin illik konfransında iştirak edib

 

Tbilisinin İnterpol Milli Mərkəzi Bürosunun rəhbəri Qiorqi Bolotaşvili Fransada Lion şəhərində keçirilən İnterpol Milli Mərkəzi Bürolarının rəhbərlərinin illik konfransında iştirak edib.

Daxili İşlər Nazirliyinin məlumatında tədbir çərçivəsində iştirakçıların beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əməliyyat məlumatının effektiv mübadiləsi və müasir çağırışlarla mübarizə strategiyalarını müzakirə etdikləri deyilir.

“İnterpol Milli Mərkəzi Büroları İnterpol və onun 196 üzv dövlətinin hüquq-mühafizə orqanları arasında əsas kommunikasiya kanalıdır. Qeyd olunan strukturlar transmilli cinayətkarlığa qarşı mübarizədə, o cümlədən bilik, təcrübə və ən yaxşı təcrübənin mübadiləsi yolu ilə unikal rolu yerinə yetirirlər” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.