Tbilisinin girişlərində məskunlaşmanı göstərən konstruksiyanın dizaynını yaratmaq üçün müsabiqə elan edilib

15:03, 27.08.2025

 

Tbilisinin Memarlıq Xidməti Mtsxeta, Kaxeti, Rustavi və Marneulidən Tbilisiyə girişləri göstərən memarlıq-bədii eskiz layihəsinin xidməti üzrə dövlət satınalması üçün müsabiqə elan edib.

Tbilisinin meri Kaxa Kaladzenin tapşırığına uyğun olaraq, şəhərin adını göstərən bədii-memarlıq kompozisiyasının eskizlərinin təqdim edilməsi üçün müsabiqə şərtləri Memarlıq Xidmətində işlənib hazırlanıb və dövlət satınalmalarının rəsmi portalı – vahid elektron sistem, tenders.procurement.gov.ge vasitəsilə dərc edilib.

Maraqlanan bütün şəxslərə müsabiqədə iştirak etmək və qalib olmaq imkanı verilir.

Sənədlərin təqdim edilməsi üçün son tarix 2025-ci ilin sentyabrın 29-udur.

Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.

Oxşar