Tbilisinin qəbiristanlıqları istiqamətində aprelin 20 və 21-də pulsuz avtobuslar hərəkət edəcək
Tbilisinin qəbiristanlıqları istiqamətində aprelin 20 və 21-də pulsuz avtobuslar hərəkət edəcək

 

Tbilisi Meriyasının qərarı ilə aprelin 20 və 21-də saat 08:00-dan 20:00-dək Tbilisinin qəbiristanlıqları istiqamətində pulsuz avtobuslar hərəkət edəcək.

Konkret olaraq, Tbilisi Meriyasının məlumatına əsasən, doqquz müvəqqəti avtobus marşrutu təyin ediləcək.

“Avtobuslar sərnişinləri saat 08:00-dan 20:00-dək Muxatqverdi, Vaşlicvari, Kukia, Axali Kukia, Maxata, Saburtalo, Ğrmağele, Veli və Varketili qəbiristanlıqları istiqamətində daşıyacaq.

Bələdiyyə nəqliyyatı hərəkət edəcək :
“Marcanişvili” (Ağmaşenebeli pr. N83), “Delisi”, “Saracişvili”, “Varketili” (Cavaxeti küçəsi) metro stansiyalarının yaxınlığından, eləcə də “Didube” metro stansiyasının yuxarı çıxışından; Stansiya meydanından (“Tbilisi Central”ın qarşısı); Besarion Cicinadze küçəsindən (25 nömrəli binanın qarşısı) və Varketili III massivindən – Şuamta və Abaşvili küçələrinin kəsişməsindən.

Vətəndaşlar sözügedən avtobuslardan iki gün ərzində pulsuz istifadə edəcəklər” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.