Tbilisinin fəxri vətəndaşı adı 32 nəfərə verilib

10:37, 05.10.2026

Paytaxtın meri Kaxa Kaladze „Tbilisoba“ bayramı ilə əlaqədar keçirilən təntənəli qəbul mərasimində fəxri Tbilisi sakinlərini təltif edib.
Bu il „Fəxri Tbilisi sakini“ statusu 32 vətəndaşa verilib.

Kaxa Kaladze tədbirə toplaşan qonaqları „Tbilisoba“ bayramı münasibətilə təbrik edib. Onun sözlərinə görə, şəhərin inkişafına hər gün öz töhfəsini verən bütün insanlara təşəkkür edir.

Bu il Tbilisinin fəxri vətəndaşları seçiliblər:

Ramaz Xetsuriani – tibb elmləri doktoru, professor;
David Gordeladze – həkim, terapevt, tibb elmləri doktoru, professor;
Mixeil Kilosanidze – səs rejissoru;
Nino Salukvadze – idmançı, Olimpiya çempionu;
Nugzar Ruxadze – jurnalist, diplomat;
Vladimir Papava – alim, iqtisad elmləri doktoru, professor;
Leri Xabelov – idmançı;
İvane Kuzanov – həkim, plastik cərrah, tibb elmləri doktoru, professor;
Avtandil Demetraşvili – hüquqşünas, professor;
Yuri Osipov – qılıncoynadan;
Kira Andronikaşvili – aktrisa, sənətşünas;
Revaz Kldiaşvili – kimya mühəndisi, proza yazıçısı, dramaturq;
Mamuka Mikeladze – rəssam, monumentalist;
İrma Qurieli – jurnalist, aktrisa;
Yano Alibegaşvili – müğənni, opera solisti;
Giorgi Korkadze – musiqiçi;
David Metreveli – həkim, endokrinoloq;
Murman Gelenidze – rəssam;
Levan Caparidze – mühəndis, alim, texnika elmləri doktoru;
Tariel Onaşvili – müğənni;
Givi Şuqarov – mühəndis, siyasətçi;
Nugzar Medzmariaşvili – rəssam, monumentalist;
Tengiz Asatiani – həkim, reproduktoloq, mama-ginekoloq;
Edişer Maçaidze – idman hakimi, professor;
Elquca Adamia – həkim, qastroenteroloq, tibb elmləri namizədi, professor;
Revaz Cavaxişvili – alim, iqtisad elmləri doktoru;
Besarion Doçviri – alim, fizika-riyaziyyat elmləri doktoru;
Giorgi Alibegaşvili – professor, filologiya elmləri doktoru;
Zurab Qoşadze – şair, filoloq;
Ramaz Xurodze – mühəndis, alim, texnika elmləri doktoru, professor;
Qriqol (Gia) Murqulia – pedaqoq, filologiya elmləri doktoru;
Cemal Dzagania – pedaqoji elmlər doktoru, professor.
Kaxa Kaladze təltif olunan şəxslərə „Fəxri Tbilisi sakini“ adını təsdiq edən diplomla yanaşı, paytaxtın simvolik açarını da təqdim edib.

Oxşar