Tbilisinin dolama yolunun tikintisi üçün Gürcüstan və Asiya İnkişaf Bankı arasında kredit sazişi imzalanıb

19:34, 04.08.2026

 

Gürcüstan və Asiya İnkişaf Bankı (ADB) arasında Tbilisinin dolama yolunun tikintisi üçün 250 milyon ABŞ dolları məbləğində maliyyə resursunun ayrılmasını nəzərdə tutan kredit sazişi imzalanıb. Məlumatı Maliyyə Nazirliyi yayır.

Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Asiya İnkişaf Bankının (ADB) Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Lesli Bearman Lahm imzalayıblar.

Qurumun məlumatına əsasən, layihə çərçivəsində Tbilisinin dolama yolunun təxminən 18.9 kilometrlik, dördzolaqlı və ayırıcı zolaqla təchiz olunmuş avtomobil yolu hissəsinin tikintisi nəzərdə tutulur. Xüsusilə, maliyyələşdirmə Tbilisinin dolama yolunun iki hissəsinə yönəldiləcək: Loti 4 (Tbilisi Hava Limanı–Locini) və Loti 5 (Locini–Rustavi).

“Qeyd olunan layihə ölkənin nəqliyyat şəbəkəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Yeni magistral paytaxtda hərəkəti yüngülləşdirəcək, tranzit axınlarının təhlükəsizliyini yaxşılaşdıracaq və ölkənin nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılmasına kömək edəcək. İmzalama mərasimində infrastruktura naziri Revaz Soxadze, maliyyə nazirinin müavini Ekaterine Quntsadze, Avtomobil Yolları Departamentinin rəhbəri Levan Daraxvelidze, maliyyə və infrastruktur nazirliklərinin, eləcə də Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər. Layihə Gürcüstanın İnfrastruktur Nazirliyi tərəfindən Avtomobil Yolları Departamenti vasitəsilə həyata keçiriləcək” – yayılmış məlumatda deyilir.

Oxşar