Tbilisinin Beynəlxalq Hava Limanının aerodrom hissəsində infrastruktur yaxşılaşdırılıb
Tbilisinin Beynəlxalq Hava Limanının aerodrom hissəsində infrastruktur yaxşılaşdırılıb

 
“TAV Georgia”nın sərmayəsi ilə Tbilisinin Beynəlxalq Hava Limanında təyyarələrə xidmət göstərmək üçün əlavə dayanacaqlar (parkinq yeri) tikilib, eləcə də artıq mövcud dayanacaqların bir hissəsi bərpa edilib.
Bu haqda məlumatı Tbilisinin Beynəlxalq Hava Limanı yayır.

Onların məlumatına əsasən, layihə çərçivəsində 18 000 m2 sahədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun F və E kodlu geniş ölçülü (Wide-body) təyyarələr üçün yeni dayanacaq tikilib. Həmçinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun C kodlu orta ölçülü (Narrow-body) təyyarələr üçün nəzərdə tutulmuş 12 500 m2 sahə bərpa edilib.

Tbilisinin Beynəlxalq Hava Limanının məlumatına əsasən, 3500 m2 sahədə yerləşən helikopter dayanacağı da bərpa edilib.

“TAV Georgia” qeyd olunan infrastruktur işlərinə 6,5 milyon lari sərmayə qoyub. Şirkətin son 20 il ərzində Gürcüstana yatırdığı ümumi sərmayə hazırda 2 225 000 000 Amerika dollarına çatır” – Tbilisinin Beynəlxalq Hava Limanının bəyanatında qeyd olunub.