Tbilisidə BMT-nin cari Dövlət Xidmətləri Forumu çərçivəsində Paata Salia ikitərəfli görüşlər keçirib
Tbilisidə BMT-nin cari Dövlət Xidmətləri Forumu çərçivəsində ədliyyə naziri Paata Salia ikitərəfli görüşlər keçirib. Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayır.
Gürcüstanın ədliyyə naziri Paata Salia BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua ilə görüşüb. Nazir Li Cunhuaya yüksək səviyyəli forumun təşkili məsələsindəki əməkdaşlıq və dəstəyə görə təşəkkürünü bildirib.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, Paata Salia Tbilisinin innovasiyalar və dövlət xidmətlərinin inkişafı istiqamətlərini müzakirə etmək üçün qlobal diskussiya platformasına çevrildiyini qeyd edib. Onun sözlərinə əsasən, builki forumun mövzusu olan “Dövlət institutlarının transformasiyası: İnnovasiyaların, hesabatlılığın, cəlbediciliyin və inklüzivliyin təşviqi” Gürcüstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən islahatlarla tam şəkildə səsləşir, buna da daha səmərəli, inklüziv və vətəndaşyönümlü xidmətlərin təmin edilməsi üçün dövlət institutlarının modernləşdirilməsi daxildir.
Görüşlərin sonunda Paata Salia forum çərçivəsində qurulan əməkdaşlığın ortaq bilik və təcrübə mübadiləsi baxımından daha çox imkanlar yaradacağına ümidvar olduğunu bildirib.
Nazir bildirib ki, Gürcüstan operativ və səmərəli, o cümlədən rəqəmsal və məsafədən xidmət göstərilməsi sisteminin inkişafı istiqamətindəki unikal təcrübəsini tərəfdaş ölkələrlə bölüşməyə hazırdır. Paata Salia ölkənin rəqəmsal transformasiya prosesində Ədliyyə Nazirliyinin xüsusi rolunu qeyd edib və rəqəmsal idarəçiliyin rolunu vurğulayıb.