Tbilisidə zorakılıq ittihamı ilə bir nəfəri saxlayıblar

21:59, 17.11.2026

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları zorakılıq ittihamı ilə bir nəfəri saxlayıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, cari ilin noyabrın 16-da Tbilisidə, Aleksandre Tvalcrelidze küçəsində yerləşən bələdiyyə heyvan sığınacağına iki nəfər icazəsiz daxil olmağa çalışıb.

Nazirliyin məlumatına əsasən, mühafizə xidmətinin əməkdaşı onları əraziyə daxil olmaqdan çəkinməyə çağırıb, bu zaman vətəndaşlardan biri ona qarşı fiziki zorakılıq tətbiq edib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində zorakılıqda təqsirləndirilən şəxsi saxlayıblar. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır” – məlumatda qeyd olunub.

Oxşar