Tbilisidə yetkinlik yaşına çatmayan şəxsi qəsdən öldürməkdə təqsirləndirilən digər bir yetkinlik yaşına çatmayan şəxs saxlanılıb

17:19, 10.09.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən polis tədbiri nəticəsində qəsdən adam öldürməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari il sentyabrın 10-da Tbilisidə mübahisə zəminində soyuq silahdan istifadə edərək yetkinlik yaşına çatmayan şəxsə bir neçə bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində yetkinlik yaşına çatmayan şəxs hadisə yerindəcə həyatını itirib.

“Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən şəxs isti izlərlə saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunur.

Oxşar