Tbilisidə yaşıl bitkilərə dəyən ziyana görə cərimələri ikiqat artıracaq qanunvericiliyə dəyişikliklər Parlamentə sabah təhrik olunacaq
Paytaxtda yaşıl bitkilərə dəyən ziyana, kəsməyə və daşınmaya görə cərimələri ikiqat artıracaq qanunvericiliyə dəyişikliklər Parlamentin büro iclasında sabah təhrik olunacaq.
Qanun layihəsinə əsasən, Tbilisi munisipalitetinin inzibati hüdudları daxilində yaşıl bitkilərin zədələnməsi, özbaşına kəsilməsi və ya köçürülməsi, yaşıl bitkilərə qulluq qaydalarının pozulması 500 lari əvəzinə 5000 lari məbləğində cərimə ilə nəticələnəcək. Qanun layihəsində göstərilir ki, eyni hərəkət təkrarlanarsa, cərimə 1000 lari əvəzinə 10 000 lari olacaq.
Eyni zamanda, qanunvericilik səviyyəsində pozuntunun yeni forması – Tbilisi munisipalitetinin inzibati sərhədləri daxilində yaşıl bitkilərin keyfiyyətinin qiymətləndirilməsinə dair rəy verən səlahiyyətli şəxs tərəfindən düzgün olmayan rəyin verilməsi tətbiq edilir.
Layihəyə görə, bu hərəkətə görə cərimə 10 000 lari olacaq. Təşəbbüskarlar izah edirlər ki, qeyd olunan pozuntuya görə Tbilisi munisipaliteti 2021-ci ildə 69 708 lari, 2022-ci ildə isə 44 581 lari məbləğində cərimə alıb.
Dəyişikliklərin təşəbbüskarları deputatlar Maiya Menaqarişvili, Ketevan Dumbadze, Ramina (Rima) Beradze, İrakli Medzmariaşvili, Maiya Bitadze, Nodar Turdzeladze, İrma Zavradaşvili, Beka Davituliani, İrakli Zarkua və Qivi Çiçinadzedir.