Tbilisidə, Ukrayna Səfirliyi qarşısında həmrəylik aksiyası keçirildi
Ukraynanın Tbilisidəki Səfirliyi qarşısına toplaşan fəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxalifət partiyalarının üzvləri Ukraynaya həçrəyliklərini ifadə etdilər.
Aksiya iştirakçıları əllərində Ukrayna bayraqlarını tutaraq Ukrayna himnini səsləndirdilər.
Onların bəyan etdiyinə görə, Ukraynanı Rusiya hədələdiyi bir fonda əhəmiyyətlidir ki, Ukrayna Gürcüstandan dəstək və həmrəylik hiss etsin. Aksiya iştirakçıları deyirlər ki, onlar üçün Rusiyanın aqressiv siyasəti qəbuledilməzdir.
Həmçinin qeyd edirlər ki, Gürcüstan hakimiyyəti də Ukraynaya qarşı açıq dəstəyini qeyd etməlidir və Rusiyanın aqressiv siyasətini qınamalıdır.
Səfirlik qarşısına Ukrayna və Belarus vətəndaşları da toplaşmışdılar.