Tbilisidə “Trump Tower Tbilisi”nin beynəlxalq təqdimat tədbiri keçirilib [şəkil]
Tbilisidə “Trump Tower Tbilisi”nin rəsmi beynəlxalq təqdimatının təntənəli tədbiri keçirilib.
Tədbirdə “Trump Organization”ın icraçı vitse-prezidenti Lorens Cey Qlik, “Gensler” studiyasının direktoru və yaşayış istiqamətinin regional rəhbəri Robert Cekeli, “Archi”nin təsisçisi və Müşahidə Şurasının sədri İlia Tsulaia, “Invia”nın təsisçisi və icraçı direktoru Levan Pxakadze, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstanın iqtisadiyyat və dayanlıqlı inkişaf naziri Mariam Kvrivişvili çıxış ediblər. Tədbirə məsafədən “Trump Organization”ın icraçı vitse-prezidenti Erik Tramp qoşulub.
“Trump Tower Tbilisi” bölgədə “Trump” brendi altında ilk layihədir.
“Archi” şirkətinin məlumatına əsasən, “Trump Tower Tbilisi” Tbilisidə lüks daşınmaz əmlakın dünya standartını bərqərar edən və Mərkəzi Tbilisinin transformasiyasının yeni mərhələsini təmsil edən “Downtown Tbilisi”nin genişmiqyaslı layihəsinin ilk qülləsidir.
Layihə “Trump Organization” ilə əməkdaşlıqla həyata keçirilir.
Layihənin əsas tərəfdaşları və tərtibatçıları “Archi Group” və “Invia”dır, həmtərtibatçı rolunu “The Sapir Organization” yerinə yetirir, layihənin investorları isə “Block Stone Capital”, “Finvest” və “Vector Group”dur.
Tədbirdə “Trump Organization”ın icraçı vitse-prezidentləri: Lorens Cey Qlik, Ron Liberman və Mayk Verqara iştirak edirdilər. Layihənin təqdimatında həmçinin Gürcüstanın Baş naziri, hökumət nümayəndələri, layihənin tərəfdaşları, beynəlxalq qonaqlar və influenserlər, biznes sektoru, həm yerli, həm də beynəlxalq media və yerli qonaqlar iştirak edirdilər.







