Tbilisidə, sağ sahildə avtomobil yolunun reabilitasiyası üç həftəyə başa çatacaq
Tbilisi Meriyasının İnfrastruktur Xidməti sağ sahilin reabilitasiyasını həyata keçirir. Reabilitasiya işləri Ədliyyə Evindən Mari Brose keçəsinin kəsişməsi hissəsində həyata keçirilir.
Tbilisi Meriyasının məlumatına görə, reabilitasiya işləri çərçivəsində, bir sıra infrastruktur işləri həyata keçiriləcək. Müəyyən hissələrdə artıq asfalt örtüyünün aşağı qatı döşənibdir. Bu mərhələdə zədələnmiş asfalt örtüyünün götürülməsi baş verir. İşlərin başa çatmasından sonra təxminən 14 500 kvadrat metr sahədə asfalt döşənəcək.
Reabilitasiya işlərini “Ciarci” şirkəti həyata keçirir. İşlər üç həftəyə başa çatacaq. Paytaxt Meriyasından reabilitasiya üçün 1 130 000 lari xərclənəcək.