Tbilisidə restoranlardan birinin yaxınlığındakı ərazidə üç Polşa vətəndaşına hücum etmək ittihamı ilə iki nəfəri saxlayıblar
Tbilisidə restoranlardan birinin yaxınlığındakı ərazidə üç Polşa vətəndaşına hücum etmək ittihamı ilə iki nəfəri saxlayıblar

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qədim Tbilisi Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, 2004-cü il təvəllüdlü S.C. və keçmişdə müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş, 1985-ci il təvəllüdlü E.Q.-ni iki və ya daha çox şəxsə qarşı törədilmiş zorakılıq ittihamı ilə saxlayıblar.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Qurumun məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qarşılıqlı mübahisə zəminində Tbilisidə yerləşən restoranlardan birinin yaxınlığındakı ərazidə 3 Polşa vətəndaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər, fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxslərdən biri E.Q. küt cisimdən istifadə etməklə onlara qarşı fiziki zorakılıq törədib.

“Hadisədən sonra təqsirləndirilən şəxslər hadisə yerindən qaçaraq gizləniblər. Xəsarət alan xarici ölkə vətəndaşlarını müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparıblar.

Keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları E.Q. və S.C. -ni “isti izlər”lə saxlayıblar. Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsi ilə aparılır” – DİN-in bəyanatında deyilir.