Tbilisidə patrul polisi tərəfindən qanunsuz odlu silahlar və sursat müsadirə olunub
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz alınması, saxlanması və daşınması ittihamı ilə 3 nəfər – 2004-cü il təvəllüdlü Ts.K., 1985-ci il təvəllüdlü A.İ. və 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş D.K. saxlanılıb. Məlumatı DİN yayıb.
Qurumun məlumatına görə, bu cinayət 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Patrul-inspektorlar Tbilisidə, təqsirləndirilən şəxslərin avtomobillərində və şəxsi axtarış zamanı müxtəlif model odlu silahlar və güllələr aşkar edərək maddi sübut kimi götürüblər.
Odlu silah və döyüş sursatının qanunsuz alınması, saxlanması və daşınması faktı ilə bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri üzrə aparılır,” – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.