Tbilisidə Patrul Polisi Departamentinin vahid xidmət mərkəzinin yeni məkanı açılıb
Tbilisidə Patrul Polisi Departamentinin vahid xidmət mərkəzinin yeni məkanı açılıb

Tbilisidə Patrul Polisi Departamentinin vahid xidmət mərkəzinin yeni məkanı açılıb. Mərkəz Petre Kavtardze küçəsində yerləşən Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin ərazisində fəaliyyətə başlayıb.

Vətəndaşlar bir məkanda 50-yə yaxın polis xidmətindən yararlana biləcəklər. Bunlara cərimələrin ödənilməsi, şikayətlərin verilməsi, 112-nin cərimə meydançasından avtomobilin çıxarılması üçün icazənin alınması, inzibati xətalar barədə arayışın əldə edilməsi, qeyri-ölçülü, normadan artıq yüklü nəqliyyat vasitəsi ilə hərəkət üçün icazənin alınması və digər xidmətlər daxildir.

Bu yenilik polis xidmətlərinə vətəndaşların əlçatanlığını artırmağı və xidmətin səmərəliliyini yaxşılaşdırmağı hədəfləyir.

Polis xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə Daxili İşlər Nazirliyi gələcəkdə də müvafiq layihələri həyata keçirəcək.