Tbilisidə partlayış nəticəsində xəsarət alan iki nəfər İnqoroğva Klinikasına, biri isə, Amerika Hospitalına yerləşdirilib
Tbilisidə partlayış nəticəsində xəsarət alan iki nəfər İnqoroğva Klinikasına yerləşdirlib.
Klinikada vbəyan etdiklərinə görə, xəsarət alanların vəziyyəti təhlükədə deyil.
Xəsarət alanlardan birinin bacısının şəxsi söhbətində dediyinə görə, qardaşının hər iki əzası və onurğası zədələnib.
“Bu gün qardaşımın ad günü idi və alış-verişə getmişdi. İnsidentin nə cür baş verdiyini bilmirəm”, – xəsarət alanın bacısı bəyan etdi.
Üçüncü yaralıya gəldikdə, Amerika Hospitalına yerləşdiirlib, lakin klinikada açıqladıqları kimi, konkret xidmətə ehtiyac olduğu üçün başqa klinikaya köçürülür.
Tbilisidə, Kutateladze və Lağidze küçələrinin kəsişməsində partlayış bu gün baş verdi.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə istintaq başlayıb. Maddə iki və ya daha çox şəxsi öldürməyə cəhdი və qanunsuz sursatın, partlayıcı maddənin və ya partlayıcı qurğunun əldə edilməsi, saxlanması, gəzidirilməsi, hazırlanması, daşınması, göndərilməsi və ya sırılmasını nəzərdə tutur.