Tbilisidə partlayış baş verdi
Tbilisidə partlayış baş verdi

Tbilisidə, Kutateladze və Lağidze küçələrinin kəsişməsində partlayış baş verdi.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən təsdiqlədilər.

Elə onların məlumatına görə, partlayışın nədən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları səfərbər olunub.

Mövcud məlumatla bir nəfər xəsarət alıb.