Tbilisidə, Ortachala küçəsində baş vermiş qətl faktı ilə əlaqədar polis iki nəfəri saxlayıb
Tbilisidə, Ortachala küçəsində baş vermiş qətl faktı ilə əlaqədar polis iki nəfəri saxlayıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən adam öldürmə və ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 2003-cü il təvəllüdlü B.K.-ni və xüsusilə ağır cinayət barədə məlumat vermədiyi üçün 2001-ci il təvəllüdlü A.K-nı saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, cinayətlər 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

“İstintaq nəticəsində cari ilin aprelin 12-də Tbilisidə, Ortachala küçəsində bir neçə şəxs arasında yaşanmış mübahisə zəminində baş verən fiziki qarşıdurma zamanı, təqsirləndirilən B.K.-nin 1989-cu il təvəllüdlü D.M. və 1988-ci il təvəllüdlü A.M.-ə soyuq silahla xəsarət yetirdiyi müəyyən edilib. Aldığı bədən xəsarətləri nəticəsində D.M. xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib, A.M.-in üzərində isə təcili əməliyyat həyata keçirilib.

İnsidentdə iştirak edən A.K. qətl və xəsarət yetirmə faktının şahidi olub, lakin cinayət barədə polisə məlumat verməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri istintaq tədbirləri nəticəsində B.K. və A.K. “isti izlərlə” saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 108 və 19-109-cu maddələri və ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və qəsdən adam öldürmə və xüsusilə ağır cinayət haqqında məlumat verməməyi nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır” – deyə DİN-nin məlumatında qeyd olunub.