Tbilisidə, Oniashvili küçəsində avtomobil hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Tbilisidə, Oniashvili küçəsində avtomobil hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Tbilisinin Saburtalo rayonunda, Otar Oniashvili küçəsində yolun bərpası müddətində avtomobil hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılacaq. Bu barədə məlumatı Tbilisi Şəhər Meriyası yayıb.
Məlumata görə, məhdudiyyət mayın 4-ü saat 10:00-dan etibarən bərpa işləri başa çatana qədər qüvvədə olacaq. İnfrastruktur layihəsi Saburtalo rayon icra hakimiyyəti tərəfindən həyata keçiriləcək.
“Budapeşt küçəsindən Zurab Jvaniya meydanına avtomobillər Quram Panjikidze küçəsi və Pekin prospekti vasitəsilə hərəkət edə biləcəklər. Əks istiqamətdə hərəkət edən avtomobillər isə Budapeşt küçəsinə Simon Kandelaki küçəsindən istifadə etməklə çıxacaqlar.
Zurab Jvaniya küçəsindən Mirza Gelovani, Daşkənd və Tsxinvali küçələrinə getmək Simon Kandelaki və ya Lvov küçələri vasitəsilə mümkün olacaq”, – deyə Tbilisi meriyasının məlumatında qeyd olunur.