Tbilisidə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və yayılmasına kömək etmə ittihamı ilə iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və yayılmasına kömək etmə ittihamı ilə iki nəfəri saxlayıb.
Məlumata əsasən, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin şəxsi əşyalarından, yaşayış evlərindən və istintaq eksperimenti zamanı müxtəlif yerlərdən satışa hazır vəziyyətdə olan xüsusilə böyük miqdarda narkotik vasitələr aşkar edərək maddi sübut kimi götürüblər. Onların arasında “mefedron”, “tetrahidrokannabinol” və “alfa-PVP” də var.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvarta maddələri üzrə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.