Tbilisidə narkotik cinayəti ittihamı ilə iki xarici ölkə vətəndaşını saxlayıblar, xüsusilə külli miqdarda narkotik vasitə ələ keçirilib

12:33, 15.08.2025

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəlcədən əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz şəkildə əldə edilməsi-saxlanılması və satışına dəstək ittihamı ilə Ukrayna vətəndaşları 2000-ci il təvəllüdlü A.K. və 1995-ci il təvəllüdlü A.M.-ni saxlayıblar.

Cinayət 20 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində axtarış zamanı, eləcə də onlar tərəfindən göstərilən yerlərdən sonrakı satış məqsədi ilə yerləşdirilmiş narkotik vasitəni – “Metadon”nu maddi sübut kimi götürüblər.

Polis tərəfindən həmçinin kiçik ölçülü elektron tərəzi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-4-cü maddələri ilə aparılır.

Oxşar