Tbilisidə “Media ilə həmrəylik marşı” keçirilir. Marşın iştirakçıları Filarmoniyanın yaxınlığına toplaşdılar və qanunverici orqana doğru yürüş edirlər, orada aksiyaya qoşulacaqlar.
Onların bəyanatına əsasən, Mzia Amağlobeli ilə həmrəylik ifadə edirlər və media nümayəndələrinə qarşı zorakılıq aktlarını pisləyirlər. Yürüş iştirakçıları bildirirlər ki, hamıya eşitdirməlidirlər, Gürcüstanda media susmaq niyyətində deyil.
Marşın iştirakçıları əllərində “Çox gec olmadan mübarizə aparın”; “Mzia Amağlobeli ilə həmrəylik”; “Mziaya azadlıq, vicdan məhbuslarına azadlıq”; “Mediaya azadlıq” yazısı olan plakatlar tuturlar.
Bununla yanaşı, elan olunduğu kimi, aksiyanın iştirakçıları gecəni parlament qarşısında və 9 Aprel abidəsi yaxınlığında keçirməyi planlaşdırırlar.