Tbilisidə, mədəni irsin qorunması zonasındakı qəzalı vəziyyətdə olan yaşayış evlərinin alınması üçün yeni proqram işə salınıb
Tbilisidə, mədəni irsin qorunması zonasındakı qəzalı vəziyyətdə olan yaşayış evlərinin alınması üçün yeni proqram işə salınıb

 

Mədəni irsin qorunması zonasındakı qəzalı vəziyyətdə olan yaşayış evlərinin alınması üçün müəyyən ilkin şərtləri olan yeni proqram işə salınıb – bu haqda Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında bildirib.

Onun izahatına əsasən, mədəni irsin qorunması zonasındakı qəzalı vəziyyətdə olan evlərdə yaşayan vətəndaşlar özlərinə məxsus qəzalı vəziyyətdə olan yaşayış evləri haqqında qərar qəbul etmək və investoru gözləməmək imkanına malik olacaqlar.

“Tbilisi sakinlərimizə seçki vədlərindən biri olan daha bir yeni proqram təklif etmək istərdik. Proqram paytaxtın tarixi məhəllələrində – mədəni irsin qorunması zonasındakı qəzalı vəziyyətdə olan yaşayış evlərinin alınması ilə bağlıdır. Meriyanın iştirakına baxmayaraq, tikinti prosesini gözləmək istəməyən və bu əmlakı tezliklə satmağa üstünlük verən insanlar var. Məhz bu proqram həmvətənlərimizin onlara məxsus qəzalı vəziyyətdə olan yaşayış evləri haqqında qərar qəbul etmələri üçün daha bir əlavə mexanizm və imkan olacaq” – Kaxa Kaladze bildirib.

Paytaxtın meri ictimaiyyəti qeyd olunan proqramda iştirak etmək üçün yerinə yetirilməsi zəruri olan meyarlarla tanış edib.

“Çoxmənzilli yaşayış evinin qəza dərəcəsi V və ya IV kateqoriyada olmalıdır; qəzalı vəziyyətdə olan yaşayış evinin bütün sahibləri satışa razı olmalıdır; qeyd olunan qəzalı vəziyyətdə olan evin sökülməsi qonşu torpaq sahəsindəki tikililərə təhlükə yaratmamalıdır. Əgər təsir təhlükəsi olarsa, o zaman meriya, qonşu torpaq sahəsinin sahiblərini də eyni şərtlərlə satınalma proqramına qoşmağa hazırdır” – Kaxa Kaladze bildirib.

Onun sözlərinə əsasən, konkret hallardan başqa, mülkiyyətdə qeydiyyatdan keçmiş bütün sahələr satınalmaya tabe ediləcək.

“Bəzi sahələrin alınması aydındır ki, mümkün olmayacaq, məsələn: mənzil mülkiyyətçilərinin assosiasiyasının ümumi əmlakı (girişlər, dəhlizlər, pilləkan hücrələri, həyət və digər ümumi istifadə əmlakı); avtomobil qarajı / avtomobil dayanacağı (Mənzil mülkiyyətçilərinin assosiasiyasının mülkiyyətində olan və ya onların sahib olduğu avtomobil dayanacaqlarını aldığımız və onların yerində istirahət zonaları saldığımız proqramlarımız var); dam və terras, əgər sahmana salınmayıbsa və yaşayış üçün istifadə olunmursa (əgər dam və ya terras sahmana salınıbsa və yaşayış üçün istifadə olunarsa, bu halda, əlbəttə, biz bu sahələri də satın alacağıq)” – Kaxa Kaladze qeyd edib.

Tbilisinin merinin izahatına əsasən, satın alınacaq ərazilər Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu tərəfindən qiymətləndiriləcək.

“Yaşayış üçün istifadə olunan sahələr yaşayış sahəsi kimi qiymətləndiriləcək, yaşayış üçün istifadə edilməyən sahələr isə onların faktiki vəziyyətinə əsasən qiymətləndiriləcək. Satın alınan sahələr artıq investisiya üçün hazırlanacaq, belə ki, şəhərsalma baxımından tarixi məhəllənin xüsusiyyətləri ilə uyğun olsun və onun idarə edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək” – Kaxa Kaladze deyib.

Tbilisi merinin sözlərinə əsasən, qeyd olunan proqramdan başqa, paytaxtda qəzalı vəziyyətdə olan yaşayış evləri üçün proqramlar həyata keçirilir və bu proqramlar çərçivəsində artıq onlarla layihə həyata keçirilir.

“Tbilisinin İnkişafı Fondu” tarixi məhəllələrin bərpasına on milyonlarla lari xərcləyir və hamımız Orbeliani Meydanının, Qudiaşvili Meydanının və digər tarixi ərazilərin necə gözəlləşdirildiyini və yeniləndiyini görə bilərik; “Tbilisinin İnkişafı Fondu”nun həyata keçirdiyi qəzalı vəziyyətdə olan yaşayış evlərinin dəyişdirilməsi üçün proqram yaratmışıq” – Kaxa Kaladze qeyd edib.