Tbilisidə, İsani rayonunda qətl baş verdi. Qətlə yetirilən xarici ölkə vətəndaşı olan gənc kişidir. Ona odlu silahdan atəş açılıb.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan etdiklərinə görə, baş verənlər üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddəsinin üçüncü və dördüncü hissəsi ilə aparılır. Cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Mövcud olan məlumata görə, atəş açan şəxs polis tərəfindən müəyyənləşdirilib və istintaq tədbirləri görülür.