Tbilisidə ilin sonuna qədər 220 yeni, səkkiz metrlik avtobus işləyəcək
Tbilisidə ilin sonuna qədər 220 yeni, səkkiz metrlik avtobus işləyəcək, – bu barədə məlumatı Tbilisi meri Kaxa Kaladze bugünki paytaxt hökümət iclasında verdi.
Onun dediyinə görə, noyabrda elan edilən tender başa çatdı.
“Tenderdə qalib gələn şirkət “İsuzu”-du, və sarı avtobuslar o şirkətin avtobusları ilə əvəz ediləcəklər. Çünki sarı avtobuslar sərnişinlər üçün ciddi problemlər və diskomfort yaradırlar” – dedi Kaladze.
Kaladzenin dediyinə görə, yeni avtobusların rəngini munisipalitet əhali ilə razılaşaraq seçəcək.
Yeni avtobuslarda USB, pulsuz internet və Wi-Fi olacaq.