Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilir
Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilir

 

Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan xarici işlər nazirliklərinin görüşü keçirilir. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında, Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun görüşün təşəbbüskarları olduğu deyilir.

Qurumun məlumatına əsasən, Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili görüşün açılışını edib, bundan sonra isə qapalı formatda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş davam edir.

“Görüşə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan rəhbərlik edirlər. Görüşün əsas məqsədi üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlər üzrə üç ölkənin baxış və mövqelərinin paylaşılmasıdır. Qeyd olunan görüşün məqsədi ümumi maraqların mübadiləsidir, bu isə gələcəkdə ölkələr arasında qarşılıqlı faydalı praktik üçtərəfli əməkdaşlığın inkişafına kömək edəcək. Nəticə etibarilə, regionun rifahına, sabitliyinə və davamlı inkişafına yönəlmiş olacaq. Bugünkü üçtərəfli görüş mövcud digər əməkdaşlıq formatlarının heç birinə zidd deyil və onları əvəz etmir. Əksinə, bu, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın formalaşdırılması istiqamətində əlavə səyini ifadə edir” – Gürcüstan Xarici İşlər Nazirliyindən bəyan edirlər.