Tbilisidə qəsdən sağlamlığa az ağır zərər vurma və qrup halında törədilmiş zorakılıq ittihamı ilə dörd nəfəri saxlayıblar

10:57, 11.02.2026

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Dzveli Tbilisi Baş Bölməsinin əməkdaşları qəsdən sağlamlığa az ağır zərər vurma və qrup halında törədilmiş zorakılıq ittihamı ilə dörd nəfəri: 2004-cü il təvəllüdlü Z.T., 2000-ci il təvəllüdlü N.D., 1990-cı il təvəllüdlü Ş.Ş. və 1997-ci il təvəllüdlü R.M.-ni saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin fevralın 7-də Tbilisidə qarşılıqlı mübahisə zəminində 1990-cı il təvəllüdlü V.A.-ya qəsdən az ağır zərər vurublar, 1988-ci il təvəllüdlü P.K. və 1990-cı il təvəllüdlü Q.Z.-yə qarşı fiziki təhqirə yol veriblər.

“Yaralıları müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə ittiham olunan 4 nəfərin hamısını “isti izlər”lə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 118-ci maddəsinin ikinci hissəsi və 126-cı birinci prima maddəsinin “b” və “q” yarımbəndləri ilə aparılır, bu isə altı ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda qeyd olunub.

Oxşar