Tbilisidə qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları 1999-cu il təvəllüdlü əvvəllər məhkum olunmuş T.K.-nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxsin qarşılıqlı mübahisə zəminində odlu silahdan atəş açmaqla 1986-cı il təvəllüdlü A.T.-yə xəsarət yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.
“Yaralı kişini xəstəxanaya yerləşdiriblər və ona müvafiq tibbi yardım göstərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları iş üzrə aparılan istintaq hərəkətləri nəticəsində T.K.-nı təqsirləndirilən şəxs qismində Tsğaltubo Munisipalitetində saxlayıblar. Cinayət 15 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır” – DİN-in məlumatında qeyd olunub.