Paytaxtın müxtəlif yerlərində quraşdırılan 45 elektrik enerjisi şarj cihazıına daha 23 ədəd əlavə olunacaq. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxtın hökumət iclasında bəyan etdi. Onun qeyd etdiyi kimi, Tbilisi Meriyası layihənin icrasına bizneslə elə əməkdaşlıq modeli ilə başladı ki, munisipalitet layihəyə vəsait xərcləməyib. Onun sözlərinə görə, artıq bir müddətdən sonra, Tbilisidə enerji doldurucu problemi tam həll olunub.
“İctimai nəqliyyat islahatı çərçivəsində vitse-mer, İrakli Xmaladzeyə şəhərin hər yerində elektrik doldurucuların quraşdırılması tapşırılmışdı. Bütün bunlar Gürcüstanda və təbii ki, Tbilisidə elektromobillərin tətbiqini təşviq etmək üçün edilir. Son illər biznes ilə birgə şəhərin müxtəlif yerlərində 45 ədəd elektrik enerjisi dolduran aparat quraşdırmışıq ki, munispalitetdən heç bir vəsait xərclənməsin. Bu gün 45 məntəqənin hamısında yerləşən elektrik şarj cihazları normal işləyir və ən əsası ödəniş sıfırdır. Bütün bunlar bu istiqaməti həvəsləndirmək üçün edilir. Biz həmçinin başqa yerlərdə şarj cihazlarının yerləşdirilməsi üzərində işləyirik. Elektrik doldurucuları yerləşdirəcəyimiz 23 əlavə yerimiz var və bütün şəhər boyu elektrik avtomobillərini doldurmaq üçün daha çox imkan olacaq, bu da çox əhəmiyyətlidir”, – Kaladze bəyan etdi.
Paytaxt meri vitse-mer, İrakli Xmaladze və qeyd olunan layihənin həyata keçirlməsinə qoşulan bütün əməkdaşlarına təşəkkürünü bildirdi.