Tbilisidə Dyüşen əzələ distrofiyasından əziyyət çəkən uşaqlar üçün reabilitasiya mərkəzi inşa ediləcək

12:20, 16.09.2026

Dyüşen əzələ distrofiyası olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa ediləcək. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt meriyasının hökumət iclasında bildirib.

Onun sözlərinə görə, reabilitasiya mərkəzinin yaradılması üçün Tbilisi bələdiyyəsi Qldani rayonunda yerləşən 1 657 kvadratmetr ərazini “Dyüşen əzələ distrofiyasına birlikdə qalib gələk” təşkilatına verəcək.

“Paytaxtda Dyüşen əzələ distrofiyası olan uşaqlar üçün müasir reabilitasiya mərkəzi yaradılacaq. Baş nazirin rəhbərliyi ilə mərkəzi hökumət bir sıra qərarlar qəbul edib. Tbilisi meriyası da bu prosesdə fəal iştirak edir. Dyüşen əzələ distrofiyası olan uşaqların valideynləri ilə dəfələrlə görüşmüş və mövcud ehtiyacları ətraflı müzakirə etmişik. Məhz buna görə qərara gəldik ki, reabilitasiya mərkəzinin yaradılması üçün Qldani rayonunda 1 657 kvadratmetr ərazini “Dyüşen əzələ distrofiyasına birlikdə qalib gələk” təşkilatına verək”, – Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Dyüşen əzələ distrofiyası olan uşaqlar üçün həm mütəmadi tibbi-reabilitasiya xidmətlərindən yararlanmaq, həm də ictimai həyata fəal şəkildə qoşulmaq vacibdir.

“Bura Dyüşen əzələ distrofiyası olan uşaqların kompleks reabilitasiya və təhsil xidmətləri ala biləcəyi məkan olacaq. Bu da onların sosiallaşmasına və inkişafına əhəmiyyətli dərəcədə kömək edəcək.

Dyüşen əzələ distrofiyası nadir genetik xəstəlikdir və əzələlərin proqressiv zəifləməsinə səbəb olur. Bu xəstəliklə mübarizə həm uşaqlar, həm də onların ailələri tərəfindən gündəlik və fasiləsiz səy tələb edir.

Məhz buna görə onlar üçün həm mütəmadi tibbi-reabilitasiya xidmətlərinin göstərilməsi, həm də ictimai həyatda fəal iştirak imkanının yaradılması böyük əhəmiyyət daşıyır”, – paytaxt meri qeyd edib.

Oxşar