Tbilisidə, "Dirsi" yaşayış kompleksində bir nəfərin qətli və üçünün qətli cəhdi faktı üzrə bir nəfəri yaxaladılar
Tbilisidə, "Dirsi" yaşayış kompleksində bir nəfərin qətli və üçünün qətli cəhdi faktı üzrə bir nəfəri yaxaladılar

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq 1984-cü il təvəllüdlü Q.D-ni həbs etdilər.

“İstintaqla müəyyən edildi ki, təqsirləndirilən şəxs bu il aprelin 27-də soyuq silahla biri azyaşlı olmaqla 4 nəfəri yaralayaraq hadisə yerindən qaçıb gizləndi. Yaralıların dördü də təcili yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırıldı.

Aldıqları xəsarətlər nəticəsində yaralılardan biri – 1979-cu il təvəllüdlü Q.S. xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdi. Hüquqmühafizə orqanları hadisədən sonra bir neçə saat ərzində cinayətdə təqsirləndirilən şəxsi isti izdə yaxaladılar”, – Daxili İşlər Nazirliyindən bəyan edirlər.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi və Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin 3-cü hissəsinin “a” bəndinə əsasən, ağırlaşdırıcı şəraitdə iki və ya daha çox şəxsi qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhdlə bağlı aparılır. Cinayət yeddi ildən 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.