Tbilisidə bu gündən aqrar bazarları müvəqqəti bağlandı.
Qeyd olunan barəsində qərarı koronavirusun prevensiyası məqsədilə keçirilən tədbirlər çərçivəsində qəbul etdilər.
Müvafiq rekomendasiyanı idarələrarası koordinasiya şurası verdi.
“Koronavirusun prevensiyası tədbirləri çərçivəsində, idarələrarası koordinasiya şurasının rekomendasiyası ilə, Tbilisidə fəaliyyət göstərən aqrar bazarları müvəqqəti bağlandı”, – Tbilisi Meriyasından Gürcüstanın Birinci Kanalına bəyan etdilər.