Tbilisidə, Baratashvili küçəsində yerləşən barlardan birində gənc kişi qətlə yetirilib

15:15, 11.05.2025

Tbilisidə, Baratashvili küçəsində yerləşən barlardan birində 30 yaşına qədər olan bir kişi öldürülüb. Məlumata görə, hadisə bu gün səhər saatlarında barın daxilində baş verib.

Hadisə yerində hələ də ekspert-kriminalistlər işləyirlər.

Daxili İşlər Nazirliyi bildirir ki, araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə başlanılıb, bu maddə qəsdən adam öldürməni nəzərdə tutur.

Oxşar